“Adlar və soyadlar haqqında” qanun layihəsi hazırlanıb
Azərbaycanda “Adlar və soyadlar haqqında” hazırlananan yeni qanun layihəsi Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq.
Bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Rafael Hüseynov bildirib.
R.Hüseynov deyib ki, layihə komitə tərəfindən hazırlanıb: “Bu, olduqca problemli məsələdir. Nazirlər Kabinetinin qərarı kifayət etmir. Yeni layihədə bu məsələ geniş qoyulub”.
23:25 18.01.2017