KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan nə qədər neftçisini itirib?

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı (NHMT) Azərbaycanın neft sektorunda əmək, iqtisadi, sosial  və mülki hüquqlar üzrə qanunvericiliyin icra  vəziyyətinin qiymətləndirilməsini əhatə edən 2016-cı ilin yekunları üzrə hesabat hazırlayıb.

Son 7 il ərzində Azərbaycan Respublikasının hasilat sənayesində həlak olan işçilərin sayı 130 nəfər olub. 

Həlak olmalar üzrə 2010-2016-cı illlərdə ən aşağı göstərici 2013-cü ildə qeydə alınıb: cəmi 6 nəfər. Neft sənayesi üçün insan itkisi üzrə nəinki bu baxılan zamanda, ümumiyyətlə müstəqillik illərində ən uğursuz il 2015-ci il olub – 37 nəfər.  Həmin il təkcə bir gün ərzində – dekabrın 4-də baş verən qasırğa nəticəsində Günəşli yatağındakı platformada 30 nəfər, Neft Daşları yatağında isə 3 nəfər neftçi həlak olub.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı hesabatında bildirir ki, həlak olanların 80%-i  SOCAR işçiləri, digərləri xarici neft şirkətlərinin və podratçı şirkətlərin işçiləridir.


06:39 17.01.2017