KANAL24.AZ
Az Iw En Ru

Qarabağda “ikinci aprel”: Ermənistanda müharibə qorxusu

“Dağlıq Qarabağ münaqişəsi zonasında 2016-cı ilin aprelində olduğu kimi, yeni müharibə mümkündür”.

Bu barədə erməni politoloq Aleksandr İskəndəryan deyib.

Onun sözlərinə görə, münaqişə üzrə danışıqlar prosesi heç nəyi dəyişdirməyəcək:

“ATƏT-in Minsk qrupu münaqişənin nizama salınması ilə bağlı real məşğul olmur, sadəcə olaraq, gərginliyi azaltmağa çalışır. Lakin gərginlik artacaq. Mən böyük müharibə görmürəm, lakin ciddi toqquşmaların baş verdiyi müharibə istisna deyil.


19:35 16.01.2017