Çin futbol klubu İngiltərənin "Çelsi" klubunun hücumçusu Diyeqo Kostaya ildə 30 milyon funt əməkhaqqı təklif edib.
"Sky Sports" telekanalı bu barədə məlumat versə də, komandanın adı açıqlanmır. 28 yaşlı forvard şənbə günü "Leicester"lə keçiriləcək İngiltərə çempionatının 21-ci tur matçını buraxacaq. Buna futbolçunun komandanın fiziki hazırlıq üzrə məşqçisi ilə mübahisə etməsi səbəb olub.
Kosta "Çelsi"də 2014-cü ildən çıxış edir.