KANAL24.AZ
Az Iw En Ru

Müğənninin anım günüdür

 Respublikanın görkəmli estrada müğənnisi Mirzə Babayevin anım günüdür.

Mirzə Babayev 1913-cü il iyul ayının 16-da Bakıda dünyaya gəlib. M.Əzizbəyov adına Sənaye İnstitutunun memarlıq fakültəsində ali təhsil alıb. Bakıda və Azərbaycanın digər şəhərlərində bir çox binaların və muzeylərin layihə müəllifidir.

M.Babayev müğənnilik fəaliyyətinə keçən əsrin 40-cı illərinin əvvəlində görkəmli bəstəkar Tofiq Quliyevin rəhbərlik etdiyi caz orkestrində başlayıb. Azərbaycan Dövlət Konservatoriyasında məşhur müğənni Bülbülün sinfində oxuyub.

Mirzə Babayev 30-dan çox filmdə rol alıb. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasında çalışıb.

Azərbaycan SSR-in Əməkdar artisti, Azərbaycan Respublikasının Xalq artisti adlarına layiq görülüb, iki dəfə "Humay" mükafatı laureatı olub.

İstedadlı sənətkar 2003-cü ildə 89 yaşında vəfat edib.


17:45 13.01.2017