KANAL24.AZ
Az Iw En Ru

Ermənistanın Azərbaycana qarşı provokasiyaları artacaq - türkiyəli politoloq

“Ermənistan siyasətçilərinin böyük bir qismi ölkələrinə mənfi təsir edən açıqlamalar ilə çıxış edirlər”.

Bunu  açıqlamasında Türkiyənin “Strategic Outlook” analitik mərkəzinin həmsədri, Cənubi Qafqaz üzrə ekspert Mehmet Fatih Öztarsu deyib.

Onun sözlərinə görə, illərdir rəsmi İrəvan aqressiv siyasət yürüdür: “İrəvan rəhbərliyi illərdir yuxarı siyasi dairələrdə səsləndirilən aqressiya yönümlü siyasi tələbləri əməldə həyata keçirir. Xüsusilə, 2016-cı ilin aprelindən sonra Sarqsyan hökuməti daha aqressiv mövqe sərgiləməyə səy göstərir. Serj Sarqsyan növbəti il keçiriləcək prezident seçkiləri öncəsi hərbi komandanlıq sistemində dəyişikliyə nail olmaq üçün radikal addımlar atır. Ermənistanın müdafiə nazirinin dəyişdirilməsi bu yöndə atılan addım idi. Prezident seçilməsə belə, Rusiya formatına uyğun bir dəyişiklik həyata keçirmək istəyən Sarqsyan əhalinin dəstəyini qazanmaq üçün Qarabağ cəbhəsində yeni zəfərə ehtiyac duyur”.

Ekspertin fikrincə, Ermənistan rəhbərliyi Azərbaycana qarşı provokasiyalarını və təhrikedici addımlarını davam etdirəcək və Serj Sarqsyan hərbi şou nümayiş etdirəcək.(SalamNews)


02:21 13.01.2017