KANAL24.AZ
Az Iw En Ru

Türkiyəli fındıqçılar: “Azərbaycandan fındıq qabığı idxalına qadağa qoyulsun”

Türkiyəli sahibkarlar Azərbaycandan fındıq qabığı idxalına etiraz edirlər.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu bəyanatla Giresun Əkinçilik Dərnəyinin rəhbəri Nurittin Karan çıxış edib.

O, dünya fındıq istehsalının 75 faizini əhatə edən Türkiyənin fındıq qabığını Azərbaycan və Gürcüstandan almasının arxasında başqa məqsəd gizləndiyini bildirib. O, bu yanacağa o qədər də böyük ehtiyac olmadığını vurğulayıb.

“Ölkəmizdə fındıq qəbula bu qədər böyük tələbat varmı ki, fındıq qabığı xaricdən idxal olunur? Əgər tələbat varsa, fındıq qırma fabriklərindən çıxan qabıqla bu ehtiyacı qarşılamaq, hətta ölkələrə də göndərmək olar.  Fındıq qabığı daha çox sobaların yandırılması üçün istifadə olunur və fırınlarda istifadə olunur. Bizim bildiyimizə görə, bu yanacağa o qədər də böyük ehtiyac yoxdur.  Heç kimi günahlandırmaq istəməzdik, amma fındıq o qədər dəyərlidirmi ki, Türkiyə fındıq istehsalçılarının haqqına girilir? Bütün bunları aradan qaldırmaq üçün fındıqda olduğu kimi fındıq qabığı idxalına da qadağa qoyulmalıdır”, - deyə N. Karan bildirib.


06:16 11.01.2017