KANAL 24 İnternet Televiziyası
  • :
  • :

Podaqradan əziyyət çəkirsinizsə...


Podaqra maddələr mübadiləsi sisteminin xəstəliyidir. Bu xəstəlik zamanı oynaqlarda və müxtəlif toxumalarda urat duzları yığılır ki, bu da iltihaba və güclü ağrılara səbəb olur.

Zee News xəbər verir ki, Hindistan alimləri podaqra zamanı ağrıları və iltihabları azaldan vasitə aşkar ediblər. Eksperimentlər göstərib ki, qidalı liflərlə zəngin olan pəhriz xəstələrdə podaqranın simptomlarını azaldır.

Alimlərin fikrinə görə, qidalı liflər mədə-bağırsaq sistemində bəzi bakteriyaların aktivliyini artırır ki, bu bakteriyalar da iltihabın və iltihabla bağlı olan ağrıların azalmasına kömək edir.

Alimlər əmindir ki, qidalı liflərlə zəngin olan pəhriz həmçinin artrit xəstəliyi zamanı da faydalı ola bilər.

Sizə qidalı liflərlə zəngin olan məhsulları təqdim edirik:

- buğda kəpəyi

- kətan toxumu

- quru meyvələr (xüsusilə əncir, ərik, qara qavalı qurusu)

- paxlalar (lobya, noxud, mərci və s.)

- tamdənli çörək

- meyvələr, giləmeyvələr

- tərəvəzlər

- sıyıqlar (yulaf, arpa və s.).

Lakin onu da nəzərə almaq lazımdır ki, qidalı liflərlə zəngin olan məhsulların çoxlu miqdarda qəbulu qarında ağrılara, köpə səbəb ola bilər.(saglamolun.az)


16:25 10.01.2017
Son xəbərlər