KANAL24.AZ
Az Iw En Ru

Qiymətli kağızlar bazarının həcmi 40,2 dəfə artıb

2016-cı ildə Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 5 696 130 999,07 manat təşkil edib.

Bu da 2015-ci il ilə müqayisədə 32,63% azdır. BFB-nın hesabatına əsasən, bu müddətdə dövlət qiymətli kağızlar bazarının həcmi 40,2 dəfə artaraq 836,2 mln. manata yüksəlib. Bunun 567,4 mln. manatı Maliyyə Nazirliyinin dövlət istiqrazları, 268,8 mln. manatı isə Mərkəzi Bankın notlarının payına düşüb.

Hesabat dövründə pay bazarı 57,8% azalaraq 118,0 mln. manat təşkil edib. Borc alətləri bazarı isə 6,1 dəfə azalaraq 299,3 mln. manata enib.

 


06:08 10.01.2017