KANAL24.AZ
Az Iw En Ru

Zəlimxan Yaqubsuz 1il....

Bu gün Azərbaycanın xalq şairi, ictimai xadim, Türk dünyasının böyük söz adamı Zəlimxan Yaqubun vəfat etdiyi gündür. 
 
Uzun müddət böyrək çatışmazlığından əziyyət çəkən Xalq şairi ötən ilin bu günü əbədiyyətə qovuşdu. Hər iki böyrəyi olmayan ictimai xadim ömrünün son aylarını dializ qəbul etməklə yaşayırdı.
 
Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Borçalının Bolnisi rayonunda anadan olub. 2005-ci ildə "Azərbaycanın xalq şairi" fəxri adını alan Zəlimxan Yaqub Məmməd Araz ədəbi mükafatı, "Şöhrət" ordeni və Gürcüstan Respublikasının "Şərəf" ordeni kimi bir sıra yüksək mükafatlara layiq görülüb.
 
1995-2005-ci illərdə Milli Məclisinin deputatı olub. 2008-ci il avqust ayının 29-da Azərbaycan Aşıqlar Birliyinin sədri, 1994-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvü olub.
Xalq şairi Zəlimxan Yaqubun il mərasimi ilə bağlı bu gün saat 11:00-da Fəxri Xiyabanda büstünün acılışı olacaq. Saat 14:00-da isə Cümə Məscidində il mərasimi keçiriləcək.

17:28 09.01.2017