KANAL24.AZ
Az Iw En Ru

İndi də Türkiyə yanğınla mübarizə aparır

Türkiyənin Trabzon şəhərində güclü meşə yanğını baş verib.

Bu barədə "İhlas" xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə Trabzonun Sürmene rayonunda, axşam saatlarında qeydə alınıb. Alovun qısa zamanda geniş əraziyə yayıldığı bildirilir. Türkiyə mətbuatının xəbərində bildirilir ki, yanğının başvermə səbəbləri hələlik məlum deyil.

Hadisə yerinə Meşə Əməliyyat İdarəsinin yanğınsöndürənləri və Böyükşəhər Bələdiyyəsinin xilaetmə qrupları cəlb edilib. Bununla yanaşı, ərazidəki magistral yol da təhlükəsizlik tədbirləri ilə əlaqədar müvəqqəti olaraq bağlanıb.


16:47 08.01.2017