KANAL24.AZ
Az Iw En Ru

Əliməmməd Nuriyev: 10 yaşlı Nuraya zorakılıq edənlər cəzalandırılacaq

Bu günlərdə Qubada azyaşlı Nurayla bağlı baş verən zorakılıq sosial şəbəkələrdə geniş müzakirələrə, etirazlara səbəb olub.

Əhalinin böyük əksəriyyəti 10 yaşlı qız Quba rayon Məhkəməsində zor tətbiq edilməsini kəskin pislədi.

Problemlə bağlı “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Kanal24-ə müsahibə verib. Əliməmməd Nuriyev bildirib ki, azyaşlı qıza qarşı belə zorakılığın edilməsi qəbuledilməzdir. Və həmin şəxslar cəzalandırılacaq.

Xatırladaq ki, məhkəmə icraçıları 10 yaşlı qızı bu günə kimi atalıq etməyən bioloji atasına vermək üçün onu böyüdüb boya-başa çatdıran xalasından (anası dünyasını dəyişib)  alıblar. Hadisənin təfərrüatı sosial şəbəkələrdə yayılan videoda daha acınacaqlı şəkildə əks olunub.


01:08 08.01.2017