KANAL24.AZ
Az Iw En Ru

Qərb Bakıya minnətdarlığını bildirməlidir - Forbes

Bakı rəsmi Moskvanın Yaxın Şərq siyasətinə təsir göstərmək gücündədir.

Bu iddia ilə ABŞ-ın “Forbes” nəşrinin köşə yazarı Melik Kaylan çıxış edib.

Müəllif qeyd edib ki, SSRİ vaxtında Azərbaycan, Gürcüstan və Ermənistan üzərindəki ağalığını İran sərhədlərinə qədər genişləndirən Rusiya hələ də Azərbaycanla müttəfiq ölkə olaraq qalır: “Lakin Azərbaycanın Qərblə yaxşılaşmaqda olan münasibətləri Moskvanın regionda atmaq istədiyi bəzi radikal addımlardan çəkinməsinə gətirib çıxarır”.

Müəllif məqalənin sonunda vurğulayıb ki, ABŞ-ın yeni prezidenti Donald Tramp nə baş verdiyini anlayana qədər, Qərb Azərbaycan və İsrailə regiondakı qlobal balansın qorunub saxlanmasındakı roluna görə minnətdarlığını bildirməlidir./axar.az/


16:20 06.01.2017