KANAL24.AZ
Az Iw En Ru

Bakıda 14, rayonlarda 15 dərəcə isti olacaq

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz. Bəzi yerlərdə zəif duman. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 9-14 dərəcə isti, Bakıda gecə 2-4, gündüz 12-14 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 45-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbərdarlıq edir ki, yanvarın 6-7-də cənub-qərb küləyinin bəzi rayonlarda arabir güclənəcəyi gözlənilir.


20:26 05.01.2017