KANAL24.AZ
Az Iw En Ru

Əməkdar artistin doğum günüdür

Bu gün əməkdar artist Kübra Əliyevanın doğum günüdür. 

O, 1950-ci il, yanvarın 6-də Gəncədə anadan olub.1991-ci ildən Akademik Milli Dram Teatrının aktrisasıdır. Teatrın səhnəsində Ponsiya ("Dişi canavar " F.Lorka), Nazilə ("Dəlilər və ağıllılar" İ.Əfəndiyev), Hayqanuş ("Hökmdar və qızı" İ.Əfəndiyev), Firəngiz ("Ah,Paris… Paris!.." Elçin), Ana ("Eloğlu" A.Şaiq). Aktrisa "Evləri köndələn yar" (Bazarkomun arvadı), "Analar"(Zərbuta), "İtkin gəlin" (Xədicə), "Sabiqlər" (Nazirin arvadı), "Sonuncu məhəbbət" (Ümbülnisə) tamaşaları ilə yadda qalıb.  Bir neçə komediya janrlı teletamaşalarda və filmlərdə oynayıb. 2000-ci ildə Respublikanın Əməkdar Artisti fəxri adına layiq görülüb. 2006-cı ildən Prezident təqaüdçüsüdür.


17:25 05.01.2017