KANAL24.AZ
Az Iw En Ru

Orta məktəbi xaricdə oxumaq istəyənlər diqqətli olsun

Bahalı olmasına baxmyaraq, son vaxtlar orta məktəbi xaricdə oxuyanların sayı artıb. Buna səbəb son dövrlər xarici dillərə və beynəlxalq təcrübəyə olan tələbatdır. Bəs görəsən xaricdə təhsil alanlar nə kimi çətinliklərlə üzləşə bilər?

Bəzi valideynlər övladlarına daha perspektivli gələcək qurmaq üçün onları elə məktəb vaxtından təhsil almağa xaricə göndərirlər.

Son dövrlər xarici dillərə və beynəlxalq təcrübəyə olan tələbatdan bir çox valideyn xarici ölkələrə üz tutur. Dil və təcrübə baxımından bir çox üstünlüyü olsa da həm şagirdlər həm də valideynlər üçün bir sıra çətinliklər də qaçınılmazdır.

Məktəb seçərkən valideynlər daha çox ingilisdilli məktəblərə üstünlük verirlər.

Sırf xaricdə təhsil işləri ilə məşğul olan şirkətlər də var. Xarici ölkələrlə şagird və tələbə mübadiləsi edən şirkətlərdən bildirilər ki, valideynlər orta məktəb üçün əsasən Avropa ölkələrinə üstünlük verirlər. İngiltərə, İtaliya, Almaniya kimi ölkələrdə təhsil almaq kifayət qədər baha başa gəlir.

Lakin iş təkcə Nəzərdə tutulan məbləği ödəməklə bitmir. Xarici məktəbdə oxutmaq üçün maddi imkan olsa da uşağın yaşı 11-12 arası olmalıdı.

Psixoloqlar isə bu yaşda övladın ailədən ayrı fərqli mühitdə yaşamasının bir sıra problemləri ola biləcəyini deyirlər.Belə uşaqlar ordakı mühitə adaptasiyası və sonradan ölkəyə qayıtması zamanı da mühitə uyğunlaşmaqda çətinlik çəkirlər.

Xaricdə orta məktəbi bitirənlərin attestatının təsdiqlənməsi də bəzi məqamlarda çətinlik yaradır.Təhsil ekspertləri bəzi hallarda həmin şəxslərin təkrar imtahan vermək məcburiyyətində qaldıqlarını deyirlər.

Çünki Azərbaycan dili Azərbaycan tarixi xalq ədəbiyyatı kimi fənnlərin tədrisi xarici ölkələrdə olmadığından orta məktəbi xaricdə bitirənlərdən təhsil nazirliyi tərəfindən təkrar imtahan götürülür.


04:59 02.01.2017