KANAL24.AZ
Az Iw En Ru

Məktəb dərsliklərimizdə daha bir "analoqsuz" şeir

Jurnalist Elşad Paşasoy öz Facebook profilində 2-ci sinif üçün "Azərbaycan dili" dərsliyindən "Təzə il" adlı şeirin yer aldığı səhifəsinin fotosunu paylaşıb.

Jurnalist müəllifi Mürvət Qədimoğlu olan şeirdən bu bəndi sitat gətirərək onu tənqid edib:

"Ermənilər qoymayıb

Laçına, Kəlbəcərə,

Şaxta babayla Qar qız

Gəlib çıxıb şəhərə..."

E.Paşasoyun fikrincə, belə şeirlər məktəb dərsliklərində yer almamalıdır: "Vallah-billah, belə dərs olmaz! Olmamalıdır!"


06:34 31.12.2016