KANAL24 ONLINE TV

YENİ YURD Təşkilatının sədri həmvətənlərimizi təbrik etdi

31 dekabr - bu gün Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biri – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür!

Bu günün əsası 1989-cuildə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Azərbaycan sərhədinin dağıdılması ilə qoyulub. Uzun zaman bir-birinə həsrət qalan Azərbaycan millətinin Arazın hər iki sahilində sərhəd yürüyüşü - Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, o taylı – bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı əslində azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmağa və Azərbaycanı bütövləşdirməyə cəhd idi. Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır.

1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri ulu öndər Heydər Əliyev dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Sonra  bu təşəbbüs mərkəzi hakimiyyətin də dəstəyini qazandı və artıq bütün Azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü— Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib. İndi həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər.

Böyükdən –kiçiyə hər kəs bu bayramı böyük həvəslə qeyd edir.Vətənimizin bütövlüyü,bir millət kimi formalaşıb,birləşib qeyd  etdiyimiz bu bayram bizə ulu öndər Heydər Əliyevin mirasıdır. Hər bir azərbaycanlı bu mirasa sahib çıxır, işıqlı yolun davamçısı İlham Əliyevin ətrafında birləşib adət -ənənələrimizi qoruyur, həmrəyliyimizə sadiq qalib bu bayramı yaşadır. Böyük əminliklə deyə bilərəm ki, azərbaycanlılarının həmrəylik günü dünyada həmvətənlərimizin qürurla qeyd etdiyi ən sevimli bayramlarından biridir. Çünki bu bayram bizim bir millət kimi nece yumruq halinda birləşib bizə aid olana sahib çıxmamızı göstərir. Yeni Yurd Təşkilatı adından  həmvətənlərimizi bu gün münasibəti ilə təbrik edir, həmişə həmrəy, bir olmağı arzulayıram.Və ümid edirəm ki prezidentimizin yürütdüyü məqsədyönlü siyasəti nəticəsində biz gələn həmrəylik günümüzü Qarabağda qeyd edib , bütün dünyaya bir lduğumuzu sübut edəcəyik.

 

Mahirə Əsədova

Yeni Yurd təşkilatının sədri


18:56 29.12.2016