KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan prezidenti gələn il Macarıstana səfər edəcək - səfir

 Azərbaycan Prezidenti İlham Əliyev gələn il Macarıstana səfər edəcək.

Bunu jurnalistlərə açıqlamasında Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski bildirib.

Onun sözlərinə görə, ötən il Macarıstan-Azərbaycan münasibətlərində əhəmiyyətli il olub: "Baş nazirimiz mart ayında Azərbaycana səfər etdi. Tərəflər arasında qarşılıqlı səfərlər oldu. Macarıstan baş nazirinin Azərbaycana səfəri zamanı razılaşdırıldı ki, bu cür yüksək səviyyəli səfərlər hər il olsun. Ona görə də, Azərbaycan Prezidenti İlham Əliyevin növbəti il Macarıstana rəsmi səfər edəcəyi gözlənilir".

 


00:22 10.12.2016