"Bayern Munich"n yarımmüdafiəçisi Frank Riberi başqa Avropa klubunda oynamaq fikrində deyil. Goal.az xəbər verri ki, klubla 2018-ci ilə kimi müqaviləsi olan fransalı futbolçu bu barədə deyib:"Bavariya" 100% Avropada sonuncu klubum olacaq. Başqa heç bir klubda futboldan burdakı kimi həzz almayacam. Ola bilər, butslarımı Münhendə mismardan asam. Bir il başqa klubda çıxış etməyim də mümkündür. Hər şey hadisələrin necə inkişaf edəcəyindən asılıdır".