KANAL24.AZ
Az Iw En Ru

Kənd Təsərrüfatı Nazirliyinə qrant vermək səlahiyyəti verildi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların Siyahısı”na aşağıdakı məzmunda 7-1-ci hissə əlavə edilib.

Belə ki, Kənd Təsərrüfatı Nazirliyi fəaliyyət sahəsinə uyğun olaraq qrantlar verə biləcək. 


03:46 09.12.2016