KANAL24.AZ
Az Iw En Ru

17 yaşlı oğru elə "iş başında"yaxalandı

Bakının Səbail rayonu ərazisindəki kafelərdən birinin kassa aparatını oğurlamaq istəyən şəxs iş başında tutulub.

Məlumata görə, gecə saat 5 radələrində Ağdaş rayon sakini kafelərdən birinin qapısını kustar üsulla sındıraraq içəri daxil olub. 17 yaşlı gənc kassa aparatını oğurlamaq istəsə də, ərazidə xidmət aparan Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşları oğrunu elə iş başında yaxalayıblar. Qeyd edək ki, kassada 200 manat pul olub.

Mühafizə polisinin əməkdaşları saxlanılan şəxsi Səbail rayon 39-cu polis bölməsinə təhvil veriblər. Yaxınlıqdakı avtoyuma məntəqəsində işləyən Qabil Sadıqov əvvəllər də məhkumluq həyatı yaşayıb. Faktla bağlı oğurluğa cəhd maddəsi ilə cinayət işi başlanıb.

 


23:33 07.12.2016