Milli Məclisin noyabrın 29-da keçiriləcək iclasının gündəliyi müəyyənləşib.
MM-dən verilən məlumata gorə, iclasın gündəliyinə 37 məsələ daxildir.
Bunlar Vergi, Cinayət-Prosessual, Cinayət və İnzibati Xətalar məcəllələrinə, bir sıra qanunlara müxtəlif dəyişiklik, o cümlədən "İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə" haqqında qanun layihəsidir.