KANAL24.AZ
Az Iw En Ru

İran MAQATE-nin xəbərdarlığından sonra ağır su artığını Omana göndərib

 İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) ağır su limitinin aşılması barədə hesabatından sonra bu resurs partiyasının Omana daşındığını bəyan edib.

Bu barədə BBC xəbər verir.

MAQATE-nin oktyabrın əvvəlində dərc etdiyi hesabatda İranda ağır su ehtiyatının anlaşma çərçivəsində limit olaraq 130 ton təşkil etdiyi halda 130,1 tona çatdığı bildirilib.

Agentliyin qeyd etdiyi kimi, bu, İranın təyin edilən ağır su limitini aşdığı ikinci haldır.

Bundan əvvəl Tehran hökuməti artıq 42 ton ağır suyu ABŞ-a, 39 tonu isə Rusiyaya satdığını bildirib.

İran ilə beynəlxalq vasitəçilərdən (ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, Çin və Rusiya) ibarət "altılıq" ötən ilin iyulunda rəsmi Tehrana qarşı sanksiyaların ləğvi müqabilində islam respublikasının nüvə proqramı üzrə anlaşmaya nail olub.

Anlaşma şərtlərinə əsasən, rəsmi Tehran üzərinə mövcud nüvə yanacağının 98%-indən azad olmaq və sentrifuqaların üçdəikisini məhdudlaşdırmaq öhdəliyi götürüb.

 


18:52 21.11.2016