KANAL24.AZ
Az Iw En Ru

Sabahın havası - paytaxtda 12° isti, dağlarda 3° şaxta

Sabahın hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-13° isti olacağı gözlənilir.

Bakıda isə gecə 7-9° isti, gündüz 10-12° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, arabir yağış yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Gündüz qərb rayonlarında yağıntı tədricən kəsiləcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 8-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-8° isti olacağı gözlənilir.


20:12 16.11.2016