KANAL24.AZ
Az Iw En Ru

İslam rəmzləri olan emodzilər yaradılacaq

2017-ci ildə hicablı və süd verən qadınları əks etdirən emodzilər yaradılacaq.

Yeni rəmzlərin dizaynı haqqında heç nə məlum deyil.
Mümkündür ki, paneldə örtüklü qadın, süd verən, dua edən əllər və təsbeh şəkilləri də yaradılacaq. 51 ədəd belə rəmzin yaradılması üçün noyabrın 11-də müraciət daxil olub. İlkin olaraq onların reallaşdırılması gələn ilin ortalarında baş tutacaq.

2016-cı ildə panelə artıq bir neçə yeni rəmz əlavə olunub. Bu, müxtəlif peşə sahibləri olan qızların emodziləridir.

Tərtibatçılar iddia edirlər ki, gözəl cinsin nümayəndələrinə böyük diqqət ayırmaq qərarına gəliblər. İslam rəmzləri ilə bərabər, 2017-ci ildə zombi, beyin və vampir görüntülü emodzilər də yaradıla biləcək.


15:48 12.11.2016