KANAL24 ONLINE TV

Yeni Yurd təşkilatının üzvləri əsgər və zabitlərlə görüşdülər- FOTOLAR+VİDEO

Vətənpərvər eyni zamanda xeyriyyəçi xanım Mahirə Əsədova heç bir təmənna ummadan dövlətçiliyimizə xidmət edir.


Kanal24 xəbər verir ki, oktyabrın 21-də Silahlı Qüvvələrin Təlim-tədris Mərkəzində Yeni Yurd təşkilatının üzvləri zabit və əsgərlərlə görüşdülər.
18 oktyabr Dövlət Müstəqilliyi gününə həsr edilən konfransda çıxış edən Mahirə Xanım ölkəmizin müstəqilliyi uğrunda görülən bütün işlərin gələcək nəsillərə əmanət olduğunu diqqətə çatdırdı.
Mərasimdə çıxış edən Şamil Sabiroğlu Mahirə xanımın həyata keçirdiyi xeyriyyə tədbirlərindən söz açdı. O bildirdi ki, bu tip görüşlərin keçirilməsi əsgər və zabitlərimizdə vətənpərvərlik hissini dahada gücləndirir.
Professor Asif Rüstəm li çıxışında qeyd etdi ki, müstəqil dövlətimizin qurulmasında ulu öndərin xidmətləri əvəzsizdir. Bu gün prezident İlham Əliyevin bütün sahələrdə həyata keçirdi daxili və xarici siyasət ölkəmizi inamlı gələcəyə aparır deyə, Asif Rüstəmli bildirib.
Görüşün sonunda Yeni Yurd təşkilatının maliyyə dəstəyi ilə çəkilən Torpaq,Uğrunda Ölən Varsa Vətəndir! adlı film nümayiş etdirilib.
Sonda xatirə şəkli çəkdirilib.


22:56 21.10.2016