KANAL24.AZ
Az Iw En Ru

Dini ekstremizm əleyhinə xüsusi əməliyyatlarda yeni qaydalar

Azərbaycanda dini ekstremizim əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında qazın, işığın, suyun verilməsi dayandırıla, rabitə xidmətləri məhdudlaşdırıla bilər.

Bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən birgə iclasında “Qaz təchizatı haqqında”, “Elektronika haqqında”, “Su təchizatı haqqında”, Telekommunikasiya haqqında” qanunlarına dəyişiklik layihələri müzakirə çıxarılıb.

Dəyişiklik layihəsinə əsasən, dini ekstremizim əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında məhkəmə qərarı ilə qazın, işığın, suyun verilməsi dayandırıla, rabitə xidmətləri məhdudlaşdırıla bilər.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.


19:24 13.10.2016