KANAL24.AZ
Az Iw En Ru

Moldova və Türkiyə arasında azad ticarət haqqında saziş noyabrın 1-də qüvvəyə minəcək

AZƏRTAC MOLDPRES agentliyinə istinadla xəbər verir ki, Moldova və Türkiyə arasında azad ticarət haqqında saziş bu il noyabrın 1-də qüvvəyə minəcək. Sənəd qarşılıqlı ticarətin dəstəklənməsinə, iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına, ticarət maneələrinin aradan qaldırılmasına və investisiyaların cəlb edilməsinə, o cümlədən hər iki ölkədə qarışıq investisiya qoyuluşuna şərait yaradılmasına yönəlib.
Saziş Moldova müəssisələr üçün bir sıra üstünlükləri nəzərdə tutur. Bu üstünlüklərə Türkiyə bazarına kənd təsərrüfatı və sənaye məhsulları ixracına tarif məhdudiyyətlərinin aradan götürülməsi də daxildir. Sənədin qüvvəyə mindiyi tarixdən etibarən ixraca qoyulan bütün gömrük rüsumları, habelə sənaye məhsulları üçün nəzərdə tutulanlara ekvivalent istənilən rüsumlar ləğv ediləcək. Bu, yalnız Türkiyədə istehsal olunan bəzi sənaye mallarına (ayaqqabı, mebel, plastmas məmulat) şamil edilməyəcək. Belə ki, Moldova üç ildən yeddi ilədək keçid dövrünün olmasını xahişi edib.


03:49 28.09.2016