KANAL24.AZ
Az Iw En Ru

Usta nərdivandan yıxılıb öldü

İsmayıllıda 56 yaşlı usta bədbəxt hadisə nəticəsində həyatını itirib.

Kanal24 ARB Şəki-yə istinadən xəbər verir ki, İsmayıllının Tircan kəndində qohumunun evində usta işləyən Mehdi Rza oğlu Mehdiyev huşunu itirərək nərdivandan yıxılıb.

Hadisə yerinə Təcili Yardım Xidməti gəlib. Amma başından zərbə alan M.Mehdiyevin həyatını xilas etmək mümkün olmayıb, o, hadisə yerində keçinib.

İki uşaq atası olan M.Mehdiyev uzun illərdir ki, inşaat işlərində usta kimi çalışıb və insult xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır


23:15 27.09.2016