KANAL24.AZ
Az Iw En Ru

İslamda ailə

Ailə cəmiyyətin ən kiçik və ən önəmli parçasıdır və sadəcə qarşı cinsə duyulan fiziki bir marağın nəticəsində meydana gələn bir qurum deyil. Maddi qazanclar və maddi ehtiyaclar üstündə də qurula bilməz.

Ailə, insan nəslinin davam etməsini təmin etməklə yanaşı həm kişi, həm də qadın, eyni zamanda uşaqların da qarşılıqlı olaraq ruhən və bədəncə yardımlaşdıqları bir bərabərlikdir. Kişi, qadın və uşaqların dostcasına yaşadıqları müqəddəs bir qurumdur. Bəzilərinə görə ailə ən ehtibarlı limandır. Məsələn Əli Rza Təməlin təbiri ilə desək:"İnsanın həyat dənizinin azğın dalğalarına və güclü fırtınalarına qarşı sığına biləcəyi ən sakit və ən əmin liman ailə yuvasıdır." Çünki bu yuva insanların bədənlə olduğu kimi ruhən də sükuna çatmalarını təmin edən bir məkandır. Cəmiyyət ailələrdən və ailəni meydana gətirən fərdlərdən meydana gəlir. Buna görə də həm ailə cəmiyyətə təsir edir, həm də cəmiyyət ailəyə. Çünki cəmiyyətin sosial yaşayışı və dəyərləri mütləq mənada ailəyə təsir edir. Eyni zamanda ailə şəfqətin qaynağı olan yerdir. Belə ki, həyat yoldaşı olacaq qadın və kişiyə "halalım" deyilməsi, ona verilən dəyəri ifadə etdiyi kimi, bunun səbəbini birdirməsi baxımından da çox gözəldir. Çünki insanlar bir-birilərinə Allahın adı anılaraq halal olurlar. Vida xütbəsində "qadının kişiyə bir əmanəti" olduğu bildirilmişdir. Ucalar ucası Rəbbimizin dəyərli bir əmanəti olmaq qadın üçün çox gözəl bir rütbədir. Uşaqlar da valideyinə verilən bir əmanətdir. Onları gözəl bir şəkildə tərbiyə etməyə çalışmaq, xeyirli insanlar olaraq yetişdirmək valideyinlərin ortaq vəzfəsidir. Ailə evliliyin nəticəsidir. İlk öncə kişi və qadın tərəfindən qurulur, get-gedə uşaqlarla zənginləşir. Evlilik; bir kişi ilə ona dinlə halal olan bir qadın arasında ortaq bir həyatı və nəsli təmin etmək məqsədi ilə bağlanmış bir "akt"dır. Bu akt ailənin əsasını, təməlini təşkil edir. Bir cütün evli hesab edilməsi üçün kəbin vacibdir. Kəbin evliliyi qanuniləşdirir, rəsmiləşdirir. Kəbin kəsilərək qonum-qonşuya, qohum-əqrabaya bu iki nəfərin evləndiyi xəbəri verilir. Cəmiyyətin təməli ailə olduğu kimi, ailənin təməli də evlilikdir. Allahın razı qalacağı bir evlilik. Ailənin Önəmi və Dəyəri Ailə insanlığın ən qədim olduğu qədər ən əsas bir qurumudur. Çünki insan yaradılış baxımından tək başına yaşamağa deyil, bir ailə içində yaşamağa meyillidir. Hz. Adəmin öz cinsindən (insan) bir zövcəyə, bir dosta ehtiyacı duyması yaradılışından gələn duyğu və düşüncələrini paylaşmaq arzusundan qaynaqlanır. Rəbbimiz Hucurat surəsinin 13-cü ayəsində "Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq..." buyuraraq insanın tanımağa və bilməyə olan ehtiyacına diqqət çəkir. Eyni zamanda ailə insanın yaradılışında olan himayə etmək və himayə edilmək duyğularının da təmin edir. Kişi, arvadını və uşaqlarını qoruyub, hər cür təhlükədən mühafizə etməkdən zövq duyar. Qadın isə həyatın hər cür çətinlikləri qarşısında güvənə biləcəyi bir dosta, sevgi və şəfqəti ilə qucaqlayacağı ər və uşaqlara sahib olmaq istəyir. Evliliyin ən önəmli nəticəsinin biri də nəsli qorumaqdır. İslamın qorunmasını istədiyi beş əmanət var: can, mal, nəsil, din və ağıl. Evlilik sayəsində uşaqlar valideyinlərinin kim olduğunu bilir. Valideyinlər "mənim uşağım" deyərək uşaqlarına sahib çıxarlar. Beləcə cəmiyyət, isti bir yuvada valideyin şəfqəti içində böyüyən uşaqlardan, övladlarına sahib çıxan, onlara şəfqət və məhəbbət verən valideyinlərdən, xülasə mənən sağlam insanlardan meydana gəlir. Kimsəsiz, sahibsiz uşaqlar mənfi təsirlərə tez düşür, cəmiyyətin daima qanayan yarasına çevrilirlər. Buna görə də evlilik cəmiyyəti əxlaqi çöküntüdən qoruyur. Zinanın yayğınlaşmasını, insanların namuslarının təhlükəyə düşməsinin qarşısını alır. Evliliyin başqa bir üstünlüyü də valideyinlərin uşaq tərbiyəsində yardımlaşmalarını təmin edir. Bir mömin üçün ona əmanət verilən uşağın doğru yetişdirlməsi çox önəmlidir. Bu vəzifə, ən gözəl şəkildə Allahın rizası nəzərə alınaraq qurulan və davam etdirilən, sevgi, şəfqət, hüzur və anlayışın hakim olduğu isti bir ailə yuvasında icra edilər. Evliliyin Hökmü Normal insan üçün evlilik sünnətdir. Yəni Rəsulullah, Allaha daha yaxşı qulluq etmək məqsədi ilə evlənmiş və bizə də eyni şəkildə davranmağı tövsiyə etmişdir. Bu ümumi bir hökümdür. Bundan başqa özəl hökümlər də vardır. Məsələn, İslam alimləri evlənməsə günaha batmasından qorxulan insanın evlənməsini fərz, evləndiyi zaman həyat yoldaşına mütləq zülm edəcəyi məlum olan kişilərin evlənmələrinin isə haram olduğunu söyləmişdilər. Evliliyin Məqsədi Evlilikdə birinci məqsəd ər-arvadın Allahın rizasını qazanmaqda yardımlaşmalarıdır. Çünki onlar bir-birlərinin maddi və mənəvi ehtiyaclarını qarşılayaraq günaha düşmələrinin qarşısını alarlar. "Onlar sizin üçün bir örtü, siz də onlar üçün bir örtüsünüz" (Bəqərə, 187) Həqiqətən əlbisənin insan vücuduna ən yaxın olması kimi, ər-arvad da bir-birinə ən yaxın olan insanlardır. Əlbisə insanı isti və soyuqdan qoruduğu kimi onlar da bir-birilərini zina və s. günahlara girməkdən qoruyarlar. Ayə eyni zamanda bir - birinin tamamlayan, qarşılıqlı olaraq eyiblərini, qüsurlarını örtən insanlar olmalarının vacibliyini ifadə edir. Evliliyin əsas məqsədlərindən biri olan Allahın rizasını qazanmaq üçün güc və sevgi birliyi qurulmasının bir yolu da xeyirli nəsil yetişdirməkdir. Beləcə Yer üzündə müsəlmanların saylarının çoxalması təmin edilir. Valideyinlər Allahın onlara əmanət olaraq verdiyi övladlarını Allahın sevdiyi qul, Həbibinin sevdiyi ümmət olaraq yetişdirməklə vəzifələniblər. Bu vəzifəni yerinə yetirmək üçün ixlasla xərclənən bütün zəhmətlər Allahın rizasına uyğun əməllərdir. İslamın istədiyi sadəcə müsəlmanın sayının artması deyil, şüurlu müsəlman olmaları baxımından da keyfiyyətin qorunmasını təmin etməkdir. Bu isə ər-arvadın sadəcə uşaqları dünyaya gətirmələri ilə deyil, eyni zamanda o uşaqları təlim və tərbiyə etmək və yetişdirməkdə də yardımlaşmaları ilə mümkün ola bilər. Müsəlmanın ürəyi kimi isti bir yuvası olmalıdır. Sevgi, hörmət, güvən, fədakarlıq, şəfqət və mərhəmətlə qızınan isti bir yuva. Orada gələcək nəsillər üçün İslami şəxsiyyət qazandırılmağa çalışılır. Eyni zamanda İslam ailəsi ən gözəl bir həyat məktəbidir. Valideyinlər bu məktəbin şəfqətli və mehriban müəllimləri, uşaqlar isə öyrənməyə hazır tələbələridir. Məhs belə xeyirli nəsillər yetişdirilməyə çalışılaraq Allahın rizasına qovuşmağa əzim edilməlidir. Evlilik eyni zamanda həm ər-arvad arasında, həm də valideyinlər ilə uşaqlar arasında İslamın istədiyi sevgi, şəfqət, mərhəmət, anlayış, səbir, qayğı və s. kimi gözəl əxlaq formalaşdırılarsa bu böyük savabların qazanılmasına vəsilə olar. İnsan Allah üçün öz eqosunu sındıraraq fədakarlığa yönələrək kamilləşir. İSLAMİ EVLİLİK İnsanı Allah yaradıb. Bu danılmaz bir faktdır. Allah yaratdığı insanı da hamıdan yaxşı tanıyır. Hətta insanın özündən də. Bu da inkar edilməyən bir həqiqətdir. Allah insanı yaradıb və onun həyat yolunu da müəyyən edib. Nə yeməyindən, necə geyinməyindən başlayaraq insana lazım olan hər şeyi ona ilahi vəhy ilə bildirib. Bildirməklə kifayətlənməyərək bütün bu əmr və qanunları yaşayaraq bizlərə öyrədən peyğəmbərləri və onların davamçılarını da göndərib. Peyğəmbərlərin vəzifələrindən biri də gələn əmrləri bəyan etmək idi. Bəzən bunu söyləyərək, bəzən yaşayaraq və ya göstərərək izah edirdilər. Ona görə də Quranı anlamaq üçün sünnəti bilmək əsas şərtdir. Bu ikisini bir-birindən ayırmaq olmaz. Allah ibadətdən itaətə qədər bizə lazım olan hər şeyi vəhiylə bildirib dedik. Quran, oxumaqla yaşamaq arasında bağ qurur. Necə yaşamaq lazım olduğunu onu oxuyaraq öyrənirsən. Həyat üçün, həyatın davamı üçün isə ən vacib olan əsas bir şərt var: Bu da ailədir. Ailə, bir - birinə möhtac olan, güvənən, bir-birində sükunət və hüzur tapan qurumdur. "Sizi tək bir candan xəlq edən, ünsiyyət qurub sükunət tapsın deyə ondan onun zövcəsini yaradan Odur..." [Əraf, 189] Ailə iki nəfərin başlatdığı və onların təməli üzərində yüksələn bir binadır. Bu iki nəfər bərabər olduqda sükunət tapa bilərlər, onları bir-birindən ayırsanız hidrogenlə oksigen ayrılınca nə baş verəcəksə onun şahidi olacaqsınız. Onlar ayrılınca ortada ailə deyə bir şey qalmır. Boşanmaq isə "Allahın ən çox sevmədiyi halaldır". Hər müsəlman bunu düşünmək məcburiyyətindədir. Və evlənərkən Allahın qoyduğu tələblərə uymalıdır. Çünki Müsəlman cənnətdə belə bu münasibətinin davam etməsini arzuladığı biri ilə evlənir. Evlilik həyatı dərdi, acını və cənnəti paylaşmaqdır. Birlikdə cənnətdə olmaq üçün bu dünyada fədakarlığı öyrənməkdir. Ailə qurmaq üçün isə əsas olan həyat yoldaşını doğru seçməkdir. Burda da əsas şərt Allah rizasına nail olmaq və Onun qoyduğu təməllərə yönəlməkdir. "Müşrik qadınlar iman gətirməyincə onlarla evlənməyin! Əlbəttə, iman gətirmiş bir kəniz, sizi heyran edən müşrik bir qadından daha xeyirlidir. Müşrik kişilər iman gətirməyincə [mömin qadınları] onlara ərə verməyin.Əlbəttə, iman gətirmiş bir kölə, sizi heyran edən müşrik bir kişidən daha xeyirlidir. Onlar sizi atəşə çağırırlar. Allah isə sizi Öz rizası ilə Cənnətə və bağışlanmağa dəvət edir. Daha doğrusu Öz mesajlarını insanlara bəyan edir ki, bəlkə, düşünüb ibrət alsınlar." [Bəqərə, 221] Allahın bunu söyləməsindəki əsas məqsəd aydındır: Bizə öyüd verir, bağışlanmağa dəvət edir, atəşin əzabından qoruyur. Doğru seçim üçün sənə şərt bəyan edilib. Bundan sonra bilmirdim demə. Yanlış qərar verdinsə atəşə hazır ol. Həm bu dünyada, həm də axirətdə. Bəqərə surəsinin bu ayəsi ilə uyğun gələn bir hədis də Rəsulullahdan nəql edilir:"Qadınla dörd şeyə görə evlənirlər: 1. Malı, 2. Gözəlliyi, 3. Nəsli, 4. İmanı. Siz İmanlı olanı seçin ki, eviniz bərəkətli olsun." [Kutub-i Sittə və İmam Əhmədin Müsnədi] İslam, evliliyin uzun ömürlü olması için doğru bir zövc seçimini əsas alır. Yuvanın hüzur, səadət, xoşbəxtçilik və qarşılıqlı güvənə söykənən prinsiplər üzərində qurulması üçün bu yuvada dinin ön planda olması vacib şərtdir. Çünki din üzərində qurulan evliliklərdə insan yaşlandıqca məhəbbət artar, münasibətlər daha da gözəlləşər, inkişaf edər və ailə bağları bir az da qüvvətlənər. Zənginlik, zahiri gözəllik, əsl-nəcabət kimi ünsürlər həm keçicidir, həm də insanı təkəbbürləndirir. Buna görə də Rəsulullah evliliyi qarantiyaya almağı tövsiyə edir. İmanlı biri ilə evlənin deyir. Məhz bunun üçün də evliliklər cəmiyyətin dəyərlərinə görə deyil, Allahın dəyərlərinə görə qurulmalıdır. İslama görə sağlam ailə qurmanın şərti möminlərin bir-biri ilə evlənməsidir. Allahın və Rəsulun əmrinə uymaq bizə Quranda əmr olunub. İman etmisənsə bu əmri pozmaq kimi şansın yoxdur. "Allah və Rəsulu bir işə hökm verdiyi zaman artıq mömin bir kişiyə və qadına o işi öz istəyinə görə seçmə şansı yoxdur. Kim Allaha və Rəsuluna qarşı gələrsə o açıq-aydın zəlalətə düşüb" [Əhzab, 36] Özünə mən Müsəlmanam deyən biri hər halı ilə Allahın rizasını düşünməlidir. Evlilik də bu riza üçün qurulmalıdır ki, "iman yarısı"nı əldə etmiş olasan. Peyğəmbərimiz Evlilik imanın yarısıdır deyir. Bu nə mənaya gəlir? Evlənməklə insanın imanımı artır? 1. Evlilik insanı zinadan, haramdan qoruyur. Cəmiyyəti məhvə sürükləyən amillərin başında zina gəlir. Möminlər Allahın əmrinə itaət edərək bu çirkin işə bulaşmaqdan çəkinərlər. 2. Evli cütlər ibadətdə bir-birinə yardımçı olur, bir-birinin əksiyini düzəldir. 3. Ümmətin çoxalması, dinin yayılması yalnız qanuni bir evliliklə mümkündür. Allahın dininə və Rəsulun sünnətinə uyaraq evlənənlərin sayı çoxaldıqca cəmiyyətin təməlləri möhkəmlənər. 4. Belə ailədə böyüyən uşaq körpəlikdən Allahı tanıyar, qadağalarını bilər, əmrlərinə sarılar. Təbii ki, burda valideynlərin üzərinə də böyük bir yük düşür. İlk başda təməlləri doğru atılmış bir ailə bünövrəsi möhkəmdirsə, niyyət Allahın razılığıdırsa o zaman övladın şansı çoxdur. "Öldükdən sonra savabı kəsilməyən ən gözəl işlərdən biri də saleh övlad yetişdirməkdir. Valideynləri öldükdən sonra belə övladın etdiyi dualar mütləq onlara çatar." [Müslim] İslam, bir yaşam tərzidir; evlənməkdən boşanmağa, yeməkdən içməyə, yürüməkdən oturmağa, ibadətdən işləməyə, ticarətdən siyasətə, barışdan savaşa qədər bütün hərəkətlərini, İslami əsaslar üzərində nizamlayanlar, həqiqətən də möminlərdir. İslamın bir hissəsini həyatına tətbiq edən, bir hissəsini tərk edənlər isə müşriklərdir. Bunu biz deyil Quran deyir.



17:55 25.08.2016