KANAL24.AZ
Az Iw En Ru

1 dekabr - Ümumdünya QİÇS-lə Mübarizə Günüdür

Dünya Səhiyyə Təşkilatına (DST) üzv olan ölkələr tərəfindən 1988-ci ildə Ümumdünya QİÇS-lə Mübarizə Günü təsis edilib. Bu əlamətdar gün hər il dekabrın 1-də İİV/QİÇS barədə maarifləndirmə və pandemiyaya qarşı beynəlxalq həmrəyliyi nümayiş etdirmək üçün qeyd edilir.

Hər il dekabrın 1-də DST-nin Avropa üzrə Regional Ofisi ilə Avropa Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi (ECDC) birlikdə illik hesabat dərc edir. Hesabata əsasən, 2013-cü ildə Avropa və Mərkəzi Asiyada 136 mindən çox yeni İİV halları qeydə alınıbdır. Bu isə 2004-cü illə müqayisədə 80 faiz artım deməkdir. QİÇS halları son onillikdə Avropa Birliyi/Avropa İqtisadi Məkanı üzrə 48 faiz azaldığı halda, Şərqi Avropa və Mərkəzi Asiyada üç dəfə artıbdır.

DST-nin Avropa üzrə regional direktoru Zsuzsanna Jakab bildirir: “Avropa 2015-ci il üçün hədəfi İİV/QİÇS-in yayılmasını dayandırmaq və onu azaltmaq olan Minilliyin İnkişaf Məqsədinə çatmayıb və vaxt bitir. Sağlamlıq təhlükələri ilə getdikcə çox üzləşməyimiz bizə xatırladır ki, İİV/QİÇS-ə qarşı sayıqlığımızın azalmasına imkan verə bilmərik.”


20:09 01.12.2014