KANAL24.AZ
Az Iw En Ru

Türkiyəli nazir lavaşdan danışdı

Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çelik lavaşın Ermənistan mətbəxinin ayrılmaz bir parçası kimi UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsinə münasibət bildirib. 

 

Kanal24.az Media Təqib Mərkəzinə istinadən xəbər verir ki, nazir UNESCO-nun qərarına təəccüb etdiyini bildirib. Ömər Çelik bunun uğursuzluq kimi dəyərləndirilməsini düzgün hesab etməyib. O, Azərbaycanda verdiyi açıqlamasında iki ölkənin bu məsələ ilə bağlı ortaq sənədlər hazırlayaraq quruma təqdim edəcəyi ilə bağlı proqnoz verdiyini xatırladib və bu məsələdə gecikdikləri ilə bağlı deyilənlərlə razılaşmadığını əlavə edib.


20:56 28.11.2014