KANAL24.AZ
Az Iw En Ru

DİN Qəbələdə restoran sahibinin qətli ilə bağlı məlumat yaydı

Qəbələ şəhər sakininin evinə silahlı basqın etmiş naməlum şəxslər onu qətlə yetirərək hadisə yerini tərk ediblər.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Kanal24-ə verilən məlumata görə, noyabrın 24-də Qəbələ şəhərində şəhər sakini Vahid Vahabovun yaşadığı evə girmiş 4 maskalı şəxs ondan pul verməsini tələb edib. Cinayətkarlar istədiklərinə nail olmadıqda ov tüfəngindən atəş açaraq onu qətlə yetirib və hadisə yerini tərk ediblər.

Hadisə ilə əlaqədar Qəbələ RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Qeyd edək ki, qətlə yetirilən şəxsin Qəbələdə “Soyuq bulaq” restoranının sahibi olduğu bildirilir.


23:53 24.11.2014