KANAL24.AZ
Az Iw En Ru

İsveçin türk əsilli naziri vəzifədən azad edilib

İsveçin koalisya hökumətində Yaşıllar Partiyasını təmsil edən Mehmet Kaplan mənzil-kommunal məsələlər üzrə nazir vəzifəsindən azad edilib.

Bu haqda İsveçin baş naziri Stefan Löfven aprelin 18-də keçirdiyi mətbuat konfransında bildirib.

Məlumata görə, o, türk "Boz qurdlar"ı və islamçı dairələrlə görüşdüyü, habelə İsraili faşistlərə bənzətdiyi üçün tutuduğu vəzifədən azad edilib. Keçmiş nazir yerli KİV-ə müsahibıəsində bildirib ki, İsrail fələstinlilərlə 1930-cu illərdə faşistlər yəhudilərlə davrandığı kimi davranır.

Qeyd edək ki, Mehmet Kaplan Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olması, bir milyon insanın öz ev-eşiyindən qaçqın düşməsi məsələsini İsveç parlamenti və ictimaiyyətinin diqqətinə çatdırıb. 


23:49 18.04.2016