KANAL24.AZ
Az Iw En Ru

Küveytin neft hasilatı işçilərin tətili ilə əlaqədar 60 faiz azalıb

Küveytdə dövlət neft şirkətinin işçilərinin tətil etməsi ilə əlaqədar təcili tədbirlər həyata keçirilməsi nəticəsində neft istehsalı 60 faiz geriləyib və neft emalı zavodlarındakı əməliyyatlar azalıb.

“Kuwait Oil Co.”nun sözçüsü Saad Əl-Əzmi şərhində Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) dördüncü böyük neft istehsalçısı olan Küveytin xam neft istehsalının gündəlik 1,1 milyon barrel azaldığını deyib.

“Kuwait Petroleum Corp”un sözçüsü Xalid Əl-Asois isə ölkənin neft emalı zavodlarının gündəlik 520 min barrel istehsal həyata keçirdiyini bildirib. Dövlətə məxsus zavodları, ölkənin ümumi tutumu təxminən gündəlik 900 min barrel olan üç neft emalı zavodu əməliyyat nisbətlərini aşağı salıb.

Küveytdə 13 min üzvü olan Neft və Neft-Kimya Sənayesi İşçiləri Konfederasiyasının üzvləri maaşlarının tutulması ilə əlaqədar etiraz edirlər. Tətilə 6 minədək işçi qatılıb.


21:00 18.04.2016