KANAL24.AZ
Az Iw En Ru

Türk futbolunda qalmaqal

Türkiyə millisinin qapıçısı Volkan Dəmirəl bir daha millinin heyətində çıxş etməyəcək. 

 

 Türkiyə Futbol Federasiyası baş məşqçi Fatih Terimin iştirakı ilə iclas keçirdikdən sonra Volkanı bir daha yığmaya çağırmamaqla bağlı qərar qəbul etmək niyyətindədir. Buna səbəb isə təcrübəli qapıçının Qazaxıstan matçı öncəsi məşq zamanı azarkeşlərin təhqirlərinə dözməyib stadionu tərk etməsi olub. Türkiyə Futbol Federasiyası  qapıçının bu hərəkətini komanda yoldaşlarına, milli komandaya qarşı xəyanət kimi qiymətləndirib.

 Əzəli rəqib “Qalatasaray”ın stadionu, “Türk Telekom Arena”da keçirilən məşqdə bəzi  azarkeşlər  isinmə hərəkətləri edən Volkanı dayanmadan təhqir ediblər. “Fənərbaxça”nın şərəfini qoruyan Dəmirəl bir neçə dəfə azarkeşlərə tərəf gedib onları sakitləşdirmək istəsə də, bu baş tutmayıb. Nəticədə hisslərini cilovlaya bilməyən Volkan əlcəklərini çıxararaq Fatih Terimdən onu əvəzləməsini istəyib.  Stadionu tərk edərək birbaşa evinə yollanan qapıçı bir müddətdən sonra matçı seyr etmək üçün geri qayıdıb.


18:47 18.11.2014