KANAL24.AZ
Az Iw En Ru

"İşğal altındakı ərazilərini azad etmək Azərbaycanın əsas hədəfidir" - Rufiz Qonaqov

“İşğalçı Ermənistanın Azərbaycanın hava məkanında helikopterinin vurulması bir daha Milli Ordumuzun gücünü düşmənə nümayiş etdirdi”.  
 
Kanal24.az-ın məlumatına görə, bu fikirləri Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri Rufiz Qonaqov özünün “Facebook” Sosial Şəbəkəsindəki səhifəsində paylaşıb. BMAM sədri statusunda daha sonra qeyd edib ki, belə təxribatlar hansı məqsədlə edilirsə edilsin, ermənilər öz layiqli cavablarını beləcə alacaqlar. “İşğal altındakı ərazilərini azad etmək Azərbaycanın əsas hədəfidir. Azərbaycan Ordusunun qəhrəman oğullarına eşq olsun!”,-deyə Rufiz Qonaqov yazıb.
 
Xatırladaq ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, noyabrın 12-də cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan Respublikasının Hərbi Hava Qüvvələrinə məxsus döyüş cütlüyündən ibarət Mi-24 tipli helikopterləri müdafiənin ön xəttində yerləşən mövqelərimizə hücum edərək atəşə tutublar. Cavab atəşi ilə düşmənin döyüş cütlüyündən ibarət helikopterlərindən biri vurulub, digəri isə atəş zonasını tərk etməyə məcbur olub.

22:56 14.11.2014