KANAL24.AZ
Az Iw En Ru

Öz meydanında uduzdu

Dünən bir sıra milli komandalar öz aralarında yoldaşlıq matçı keçiriblər. 

 Meksikanı  qəbul edən Hollandiya “Amsterdam Arena”da keçirilən oyunda 3-2 hesabı ilə uduzub. 8-ci dəqiqədə Karlos Vela Meksikanı hesabda önə keçirib. Daha sonra “Qalatasaray”lı ulduz Uesli Sneyder mükəmməl qolla hesaba tarazlıq gətirib. Lakin matçın irəliləyən dəqiqələrində Karlos Vela və Xaviyer Hernandez Meksika millisinin ardıcıl qollarını vurublar. 74-cü dəqiqədə Delay Blind hesab arasındakı fərqi 1 topa endirib. Matç 3- 2 hesabı ilə meksikalıların xeyrinə başa çatıb.


18:06 13.11.2014