KANAL24.AZ
Az Iw En Ru

DYP reyd keçirib 15 avtomobil cərimə meydançasına yerləşdirilib

   Ağdam rayon Dövlət Yol Polisi Bölməsini (DYPB)  əməkdaşları reyd keçirib.

   Yol Patrul Xidməti (YPX) və Post Paturul Xidmətinin (PPX) əməkdaşlarının birgə keçirdi reyd rayonun girişində və Heydər Əliyev prospektində baş tutub.

 

 

   Reydin keçirilməsinin məqsədi yollarda hərəkətin təhlükəsizliyini təmin etmək və sürücülər tərəfindən yol verilən qayda pozuntularını aşkar etmək olub.Reyd zamanı sürət həddini aşma, ötmə qaydalarının pozulması və digər qayda pozuntuları aşkar edilib. Məlum olub ki, sürücülük vəsiqəsi olmadan sükan arxasında əyləşən sürücülərin əksəriyyəti gənclərlərdi və gənc sürücülərin avtomobili sənədsiz idarə etməklə yanaşı yol hərkət qaydalarını kobud şəkildə pozması müəyyən olunub.

 
   Reyd zamanı qayda pozan sürücülərə qarşı inzibati protokol tərtib edilib və sənədsiz idarə etdiyinə götə 15 sürücünün avtomobili cərimə meydançasına aparılıb. 
Qeyd edək ki, reydlər martın sonuna kimi davam edəcək.


00:12 05.03.2016