KANAL24.AZ
Az Iw En Ru

Məktəblərdən oğurluq edən dəstə ələ keçirildi

   Abşeron rayonunda bir neçə orta məktəbdən oğurluq edən şəxslər saxlanılıb.

   Daxili İşlər Nazirliyindən verilən məlumata görə, martın 1-də və 2-də Xırdalan şəhərində yerləşən 2 saylı orta məktəbdən 2500 manat və mobil telefon, 1 saylı orta məktəbdən 580 manat, Masazır qəsəbəsində yerləşən 1 saylı orta məktəbdən kompyuter, qəsəbədə yerləşən Laçın rayonunun Çıraqlı kənd orta məktəbdəki seyfdən 700 manat və 2 saylı orta məktəbin inzibati binasından 2 ədəd kompyuter oğurlanıb.

   Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənlər Masazır qəsəbə sakinləri Mülkədar Rəhimov, Əkbər Kərimov və Namiq Həsənli tutulublar.


21:51 04.03.2016