KANAL24.AZ
Az Iw En Ru

Zaqatalada avtomobil aşıb, iki nəfər xəsarət alıb

   Zaqatalada baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər xəsarət alıb. 

 

   Kanal24.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu gün saat 11.00 radələrində Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunda rayonun Yuxarı Çardaqlar kənd sakini, 1979-cu il təvəllüdlü Həbib İmamrza oğlu Davudovun idarə etdiyi “Mitsubishi Pajero” markalı, 90 HO 713 dövlət nömrə nişanlı minik avtomobili texniki nasazlıq səbəbindən yolun kənarına aşıb. Nəticəsində sürücü xəsarət almasa da, sərnişinlər - sürücünün həmkəndliləri, 1986-cı il təvəllüdlü Zaur Xizri oğlu Ərtilov və 1977-ci il təvəllüdlü Eldar Ramazan oğlu Qədirov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar. 

   RMX-dan verilən məlumata görə, yaralılar travmatologiya şöbəsinə yerləşdiriliblər, vəziyyətləri orta-ağır qiymətləndirilir. 


   Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır. 


20:37 03.03.2016