KANAL24.AZ
Az Iw En Ru

"Qırmızı şeytanlar" "topçulara" qalıb gəldi - 3:2 (VİDEO)


Bu gün İngiltərə Premyer Liqasının 28-ci turu çərçivəsində "Mançester Yunayted" və "Arsenal" klubları qarşılaşıb.

Trend-in məlumatına görə, oyun "qırmızı şeytanların" meydanı "Old Trafford" stadionunda keçirilib.

Oyuna qonağ komanda fəal başlasada, meydan sahibləri hesabı açmağa nail olublar. Qolu Ueyn Runini əvəzləyən debüt edən Markus Reşford açıb.

Oyunda ikinci qol özünü çox gözlətməyib: 32-ci dəqiqədə Reşford dubl edib - 2:0.

40-cı dəqiqədə "topçular" oyunda hesab fərqini azaldıb. Qolun müəllifi "Mançester"in yetirməsi Dani Uelbek olub.

Oyunun ikinci hissəsisin 65-ci dəqiqəsində hesab fərqi artıb. Oyunun qəhrəmanı Reşfordun ötürməsini Ander Herera dəqiq zərbə ilə qola çevirib - 3:1.

"Arsenal"ın cavabı cəmi 4 dəqiqə sonra gəlib, bu dəfə türk əsilli dünya çempionu Məsud Özil fərqlənib və hesab fərqini 1-ə endirdib.

Beləliklə, oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.


04:57 29.02.2016