KANAL24.AZ
Az Iw En Ru

Bölgələrdə donorluq aksiyaları keçiriləcək

Azərbaycanda təbii fəlakət, qəza və digər fövqəladə hallar zamanı zərərçəkənlərin qan və qan komponentləri ilə təminatı üçün toxunulmaz qan ehtiyatları artırılacaq.

Nazirlər Kabinetindən verilən məlumata görə, bu, yeni təsdiqlənən 2016-2020-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı”na daxil edilib.

Proqrama əsasən, qan xidmətinin məlumat portalının yaradılması və mövcud olan registrlərin təkmilləşdirilməsi, Bakı şəhərində və respublikanın digər şəhər və rayonlarında yerləşən idarə və təşkilatlarda könüllü donorluq aksiyalarının təbliği və həyata keçirilməsi işləri aparılacaq.

Qan donoru ilə resipiyentin qanının tam uyğunluğunun təmin olunması məqsədi ilə Mərkəzi Qan Bankının regional bölmələrində qan qrupu və rezus faktorla yanaşı, digər eritrosit antigenlərinin təyin edilməsi təşkil ediləcək.


20:22 07.02.2016