KANAL24.AZ
Az Iw En Ru

Sürücülərə qar - Xəbərdarlığı

“Azəryolservis” ASC şaxtalı hava şəraitilə bağlı sürücülərə xəbərdarlıq edib. 

Hazırda respublikanın avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir problem müşahidə olunmur. Qar yağan ərazilərdə tədbirlər görülür, buz bağlamış sahələrə duz, qum səpilərək hərəkət təmin olunur. Ancaq hava şəraitinə görə yollarda hərəkət zamanı hər hansı problemlər yaşana bilər. Buna görə də, qurum sürücülərin müşahidə olunan qarlı və şaxtalı hava şəraitinə hazır olmalarını bildirib:

“Əgər avtomobil texniki cəhətdən nasazdırsa və sürücü təcrübəsizdirsə, xahiş olunur ki, nəqliyyat vasitələrindən mümkün qədər istifadə edilməsin. Qarlı-şaxtalı havada yola çıxarkən mütləq şəkildə avtomobillərin şinləri ən azından qış üçün nəzərdə tutulmuş olmalıdır. Əks təqdirdə həmin nəqliyyat vasitələrinin hərkətində problem yaranacağı qaçılmazdır”.

Yollarda hərəkətlə bağlı yaranan hər-hansı bir problemlə əlaqədar olaraq (012) 599-79-75 nömrəli “qaynar xətt”ə zəng edə bilərsiniz.


18:27 25.01.2016