KANAL24.AZ
Az Iw En Ru

Təhsil Nazirliyində vətəndaşların müraciətlərinə tez baxılacaq

Ötən il təhsil naziri Mikayıl Cabbarov 2015-ci il ərzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, 600-dək vətəndaşı qəbul edib.

 

Təhsil Nazirliyindən Kanal24-ə bildiriblər ki, müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

Nazirliyə vətəndaşlar tərəfindən 21 min 403 müraciət, müxtəlif qurumlardan 28 min 919 məktub və 10 min 332 elektron müraciət daxil olub.

Telefon Məlumat Mərkəzinə 94 min 513 zəng (2013-cü illə müqayisədə səkkiz dəfə çox, 2014-cü illə müqayisədə isə 1,6 dəfə çox) daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində 55 min 842 vətəndaşa xidmət göstərilib. Kommutator xidmətində 25 minədək zəng qəbul edilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ həll edilib. Altı min 819 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada nazirliyin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Həmçinin vəzifəli şəxslərin qəbuluna yazılmaq üçün elektron poçt vasitəsilə 641, teleqram və məktublar vasitəsilə 230 müraciət daxil olub və onlara müvafiq cavablar verilib.


03:05 16.01.2016