KANAL24.AZ
Az Iw En Ru

Sabaha olan HAVA PROQNOZU

Bakı və Abşeron yarımadasında yanvarın 15-də buludlu havanın üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 7-10, Bakıda gecə 3-5 isti, gündüz 7-9 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarında sabah arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu Aran rayonlarında gecə 2-7 isti, gündüz 8-13 isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7 isti olacağı gözlənilir.

22:21 14.01.2016