KANAL24.AZ
Az Iw En Ru

Ermənilər Tərtərə 36-ya yaxın top mərmisi atdı

Cəbhədə gərgin döyüşlər davam edir.

TV24 Report-a istinadən xəbər verir ki, noyabrın 8-i saat 07:40-dan 08:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Qazyan və Hüsənli kəndlərini atəşə tutub.

Düşmən rayon ərazisinə ümumilikdə 36-ya yaxın top mərmisi atıb. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə cavab tədbirləri görülüb.


19:07 08.11.2020
Xəbər lenti
Bütün xəbərlər