KANAL24.AZ
Az Iw En Ru

Bloomberg: Azərbaycan iqtisadiyyatı 2,4% artacaq

“Bloomberg” agentliyi 2016-cı il üzrə 93 ölkənin Ümumi Daxili Məhsul istehsalı ilə bağlı proqnozunu açıqlayıb.

Kanal24 xəbər verir ki, Azərbaycan bu siyahıda Yeni Zellandiya, Lüksemburq, Birləşmiş Krallıq, Sinqapur, Almaniya və Kanada kimi ölkələri qabaqlayıb - 2,4 % artım.

Qazaxıstanda bu göstərici 2% təşkil etdiyi halda, Rusiyada 0,5% geriləmə müşahidə olunacağı proqnozlaşdırılır. Ümumiyyətlə, Rusiya Ekvador (-0,5%), Yunanıstan (-1,8%), Braziliya (-2,5%) və Venesuela (-3,3%) ilə birlikdə siyahının “dibində” qərarlaşıb.
 
Siyahının lideri Hindistandır - ekspertlər bu ölkədə ÜDM-in 7,4% artacağını proqnozlaşdırır. Çində isə 6,5%-lik artımın olacağı gözlənilir.


02:18 12.01.2016
Xəbər lenti
Bütün xəbərlər