KANAL24.AZ
Az Iw En Ru

Xalq Yazıçısı Süleyman Rəhimovun şəxsi fondu zənginləşdirilir

Xalq Yazıçısı Süleyman Rəhimova məxsus yeni sənədlər Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təqdim olunub.

Arxiv direktorunun müavini Könül Nəsibova AZƏRTAC-a bildirib ki, yeni sənədlər sırasında yazıçının xatirələri, əlyazmaları, məktubları, fotoları ilə yanaşı, ən çox da onun yarımçıq qamış əsərləri yer alıb.

Qeyd olunub ki, nasirin yaxınları tərəfindən arxivə 3 mindən çox sənəd təqdim edilib. Hazırda arxivin əməkdaşları təqdim edilmiş materialların siyahısını hazırlayırlar.

Arxivdə sistemləşdiriləcək bu sənədlər Süleyman Rəhimovun gələcək tədqiqatçıları üçün ən dəyərli mənbə olacaqdır.

 


15:48 09.01.2016
Xəbər lenti
Bütün xəbərlər